Mobil versiya
Türkiyədən Azərbaycana böyük mal axını – 8 ayın rəqəmləri, ən çox bunları alırıq
Tarix: 05-09-2026 | Saat: 23:14
Bölmə:İqtisadiyyat | çapa göndər

Türkiyədən Azərbaycana böyük mal axını – 8 ayın rəqəmləri, ən çox bunları alırıq


Azərbaycan 2026-cı ilin ilk 8 ayında Türkiyədən 1,5 milyard dollardan çox məhsul alıb.

aia.az xəbər verir ki, yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 1 milyard 541,9 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır. Avqust ayında isə Türkiyədən Azərbaycana 196,7 milyon dollarlıq məhsul göndərilib. Azərbaycanın Türkiyənin ümumi ixracındakı payı 1 faiz təşkil edib.

Azərbaycanın Türkiyədən ən sürətlə artırdığı alışlardan biri polad prokatıdır. İlk 8 ayda bu məhsulların idxalına 89,4 milyon dollar xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 35,2 faiz təşkil edib. Avqustda isə 9,8 milyon dollarlıq polad prokatı alınıb. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 5,5 faiz azdır.

Geyim idxalında da ciddi artım qeydə alınıb. Azərbaycan yanvar-avqust aylarında Türkiyədən 43,5 milyon dollar dəyərində geyim alıb. Bu göstərici ötən ilin eyni dövründən 33 faiz çoxdur. Təkcə avqustda geyim idxalı 16 faiz artaraq 7,1 milyon dollara çatıb.

Eyni dövrdə Türkiyənin ümumi geyim ixracı 2,2 faiz azalaraq təxminən 11 milyard dollar təşkil edib. Türkiyə geyimlərinin ən böyük alıcıları Almaniya, Niderland və İspaniya olub.

Türkiyədən taxıl-paxlalı, yağlı bitkilər və onların emalı məhsullarının alınması da artıb. Azərbaycan 8 ay ərzində bu kateqoriya üzrə 127,4 milyon dollarlıq məhsul alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.

Avqust ayında həmin məhsulların Azərbaycana tədarükü 20,9 faiz artaraq 16,2 milyon dollara çatıb. Türkiyənin bu kateqoriya üzrə ümumi ixracı isə 1,9 faiz azalaraq 7,9 milyard dollar təşkil edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2026