Mobil versiya
Zelenskinin ofisində axtarış aparıldı
Tarix: 04-09-2026 | Saat: 22:39
Bölmə:Dünya | çapa göndər

Zelenskinin ofisində axtarış aparıldı


“Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri keçirib”.

“aia.az” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko öz Telegram kanalında məlumat paylaşıb.

“NABU Prezident Ofisində istintaq tədbirləri aparır”, – deyə deputat bildirib.

O, başqa təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bundan öncə NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) “qəyyumluq” etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2026