Aygün Kazımova və Namiq Qaraçuxurludan 16 ildən sonra YENİ DUET – “Gəlirəm”
Tarix: 04-09-2026 | Saat: 20:57
Bölmə:Şou-biznes | çapa göndər

Şou-biznesin məşhur duet ortaqları – Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlərini təqdim ediblər.
aia.az xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər.
Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Yeni duet illər əvvəlki əməkdaşlıqlarını xatırladaraq pərəstişkarlarında nostalji hisslər yaradıb.
Klipin rejissoru Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün Kazımova və Namiq Qaraçuxurlu üç fərqli obrazda kamera qarşısına keçiblər. Klipdə diqqət çəkən məqamlardan biri Aygün Kazımovanın gəlinlik libasında görüntülənməsi olub.
“Gəlirəm” klipində sənətçilərin obrazları üzərində dünya şöhrətli modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıblar.
Mahnı bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. “Gəlirəm”in aranjimanı Rasim Əsgərov və Dahin Malikə məxsusdur.
Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun bir neçə gün əvvəl gözlənilmədən duetlə bağlı anons paylaşması böyük marağa səbəb olub. Sənətçilərin 16 ildən sonra yenidən bir araya gəlməsi sosial şəbəkələrdə geniş müzakirə olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2026