Mobil versiya
Kişini evdən qovan qadın döyüldü
Tarix: 04-09-2026 | Saat: 14:39
Bölmə:Ölkə | çapa göndər

Kişini evdən qovan qadın döyüldü

Bakıda kişi onu evdən qovan sevgilisini döyüb.

aia.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Cəlilabad rayon sakini İlkin Tarverdiyev paytaxtın Sabunçu rayonunda bir xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb və birgə yaşamağa qərar veriblər. Təxminən 6 il sevgili kimi yaşayan cütlük arasında sonradan mübahisə yaranıb.

Bu dövrdə İlkin sərxoş vəziyyətdə sevgilisinin evinə gələrkən qadın ondan pul və evə bazarlıq etməsini istəyib. İlkin isə ona rədd cavabı verib və pulunun olmadığını bildirib. Mübahisə zamanı qadın İlkindən evi tərk etməsini istəyib və onu mənzildən çıxarıb. Bundan əsəbiləşən kişi qadına şillə vurub.

Hadisə yerinə polis əməkdaşları gəlib və İlkin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İ.Tarverdiyev 1500 manat cərimələnib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2026