Mobil versiya
İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu
Tarix: 03-09-2026 | Saat: 14:15
Bölmə:Ölkə | çapa göndər

İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.

aia.az DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2026