Mobil versiya
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Tarix: 03-09-2026 | Saat: 14:25
Bölmə:Ölkə | çapa göndər

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.

aia.az-ın məlumatına görə, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:

"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2026