Daşkənddə imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi çərçivəsini genişləndirir
Tarix: 26-08-2026 | Saat: 12:48
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasındakı əlaqələrin mövcud vəziyyətini, mahiyyətini və qarşıdakı dövr üçün əsas inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq yalnız ənənəvi dostluq və qardaşlıq çərçivəsində qalmaması, konkret layihələr, qarşılıqlı investisiyalar və ortaq strateji maraqlar əsasında formalaşan çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Aydındır ki, iki ölkə arasında bu gün mövcud olan yüksək münasibətlər təsadüfi prosesin nəticəsi deyil. Bu əlaqələrin təməlində xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, dövlət başçılarının nümayiş etdirdiyi güclü siyasi iradə dayanır. Prezident İlham Əliyevin Özbəkistanın son illərdə əldə etdiyi inkişaf göstəricilərinə yüksək qiymət verməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı Daşkəndin və bütövlükdə ölkənin sürətli tərəqqisini qeyd etməklə yanaşı, bu inkişafın həyata keçirilən islahatların, iqtisadiyyatın şaxələndirilməsinin və investisiyalar üçün əlverişli mühitin yaradılmasının nəticəsi olduğunu vurğuladı.
Azərbaycan–Özbəkistan əlaqələrinin davamlı şəkildə yüksəlməsi hər iki dövlətin daxili inkişaf göstəriciləri ilə də sıx bağlıdır. İqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və beynəlxalq aləmdə nüfuzlu dövlətlərin xarici siyasətdə daha geniş imkanlar əldə etməsi təbiidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və Özbəkistanın paralel inkişaf dinamikası artıq yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional və geosiyasi proseslər baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Prezidentinin Azərbaycanı və Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi xüsusi diqqətə layiqdir. Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini ardıcıl və məqsədyönlü şəkildə genişləndirir. Özbəkistan isə bu istiqamətdə Azərbaycanın ən mühüm və etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Nəticədə Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər daha geniş regional əməkdaşlıq və inteqrasiya proseslərinin mühüm sütunlarından birinə çevrilir. Nəqliyyat, enerji, ticarət və investisiya sahələrində həyata keçirilən layihələrin artması isə bu regional yaxınlaşmanın iqtisadi təməlini daha da möhkəmləndirir.
Azərbaycan–Özbəkistan əməkdaşlığını fərqləndirən əsas xüsusiyyətlərdən biri də əldə olunan razılaşmaların və siyasi qərarların konkret nəticələrlə müşayiət olunmasıdır. Hazırda iki ölkə arasında energetika, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal sənayesi, bankçılıq və digər istiqamətlərdə müxtəlif birgə layihələr həyata keçirilir. Prezident İlham Əliyevin ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması məqsədinin artıq uzaq gələcəyə hesablanan plan deyil, yaxın perspektivdə reallaşdırılması mümkün olan konkret hədəf kimi təqdim edilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu, siyasi dialoqun artıq real iqtisadi nəticələrlə tamamlandığının mühüm göstəricisidir.
İki ölkə arasında qarşılıqlı investisiya imkanlarının genişlənməsi də xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı sərmayələrin artması yalnız iqtisadi əlaqələrin həcminin yüksəlməsi anlamına gəlmir. Eyni zamanda bu proses Azərbaycan və Özbəkistanın bir-birinə olan etimadının praktiki göstəricisidir. Çünki investisiya qərarının qəbul edilməsində siyasi sabitlik, qarşılıqlı inam və uzunmüddətli əməkdaşlıq perspektivi mühüm rol oynayır. Azərbaycan–Özbəkistan münasibətlərində də məhz bu amillərin bir-birini tamamladığı aydın görünür. Qarşılıqlı etimadın ən mühüm nümunələrindən biri isə Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi qardaşlıq dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və Qarabağda həyata keçirilən digər layihələr Özbəkistanın Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyinin konkret ifadəsidir. Prezident İlham Əliyevin bu töhfələri xüsusi qeyd etməsi də məhz bununla bağlıdır. Çünki həqiqi dostluq və qardaşlıq yalnız xoş günlərdə deyil, çətin və məsuliyyətli mərhələlərdə göstərilən əməli dəstək vasitəsilə öz təsdiqini tapır.
Daşkənddə imzalanan yeni sənədlər və əldə edilmiş razılaşmalar da iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün hüquqi və institusional bazanı daha da genişləndirir. İqtisadi münasibətlərlə yanaşı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi Azərbaycan və Özbəkistanın mövcud potensialından daha səmərəli şəkildə yararlanmasına şərait yaradacaq. Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlərdən aydın olur ki, iki ölkə münasibətlərinin gələcəyini artıq yalnız xoş niyyətlər və ümumi məqsədlər üzərində deyil, konkret fəaliyyət proqramları əsasında qurur. Dövlət başçısının “çox dəqiq fəaliyyət planımız var” fikri də məhz bu yanaşmanı ifadə edir. Layihələrin konkret məqsəd və məzmun daşıması əməkdaşlığın sistemli, davamlı və nəticəyə yönəlmiş xarakter aldığını göstərir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasında dövlətlərarası əməkdaşlığın uğurlu modellərindən biri kimi xüsusi diqqət çəkir. Tarixi və mənəvi yaxınlıq siyasi etimadın möhkəmlənməsinə, siyasi etimad iqtisadi tərəfdaşlığın genişlənməsinə, iqtisadi tərəfdaşlıq isə regional əməkdaşlıq üçün yeni imkanların yaranmasına səbəb olur. Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu münasibətlərə yalnız iki ölkə arasındakı əlaqələrin inkişafı müstəvisində yanaşmır. Bakı–Daşkənd tərəfdaşlığı daha geniş regional proseslərin, iqtisadi inteqrasiyanın və gələcək geosiyasi əməkdaşlığın mühüm elementi kimi nəzərdən keçirilir. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı həm iki qardaş dövlətin milli maraqlarına, həm də bütövlükdə regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı iqtisadi əlaqələrin güclənməsinə xidmət edən strateji istiqamət kimi çıxış edir.
Rauf Qaffarov,
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026
11:02 Laçın – Qayıdışın ünvanı