Ağdamda iş adamları həbs edildi
Tarix: 25-08-2026 | Saat: 14:22
Bölmə:Ölkə | çapa göndər

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs edilib.
Hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib.
O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: “Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmançılıq hissi keçirirəm”.
Tahir Əliyevin kiçik sahibkarlıqla məşğul olması məlum olub.
Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb.
Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, Bilal Babayev “Diller İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qəlibləyici işləyib./Teleqraf
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026