Laçın: Prezident İlham Əliyevin quruculuq siyasətinin canlı nümunəsi
Tarix: 25-08-2026 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

Laçın Azərbaycan tarixinin ən ağır səhifələrindən birini yaşadı. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayon 28 il ərzində yalnız öz doğma sakinlərindən ayrı düşmədi, həm də böyük dağıntılara, talana və vandalizmə məruz qaldı. Laçının işğalı Qarabağın sonrakı taleyinə ciddi təsir göstərən strateji hadisə idi. Çünki rayonun itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına imkan vermişdi.
Lakin bu gün Laçına baxanda ilk növbədə işğalın izlərini deyil, Azərbaycanın qələbədən sonra həyata keçirdiyi böyük quruculuq siyasətinin nəticələrini görürük.
Bu dəyişimin arxasında isə konkret siyasi iradə və uzunmüddətli dövlət strategiyası dayanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçının azadlığını yalnız hərbi qələbənin nəticəsi kimi deyil, həmin torpaqlarda yeni həyatın başlanğıcı kimi qiymətləndirdi. Və bunun ardınca sözün həqiqi mənasında böyük bir quruculuq səfərbərliyi başladı.
Laçının bugünkü mənzərəsini anlamaq üçün cənab Prezidentin bu şəhərə və rayona etdiyi səfərlərin ardıcıllığına nəzər salmaq kifayətdir. 2021-ci ilin fevralında Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması və Su Elektrik Stansiyasının açılışı ilə başlayan bu proses sonrakı illərdə yeni yolların, enerji obyektlərinin, hava limanının, yaşayış məhəllələrinin, məktəblərin, istehsal müəssisələrinin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə davam etdi.
Bu, təsadüfi layihələr toplusu deyil. Burada bir dövlət siyasətinin mərhələli şəkildə həyata keçirilməsini görürük. Cənab Prezident İlham Əliyevin Laçınla bağlı yanaşmasının mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, şəhərin və rayonun bərpası yalnız keçmişin izlərini silmək məqsədi daşımır. Məqsəd Laçını daha müasir, daha rahat və iqtisadi baxımdan daha güclü yaşayış məkanına çevirməkdir.
Cənab Prezidentin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri bu baxımdan sadəcə siyasi bəyanat deyil. Bu gün Laçında həmin sözlərin real nəticələrini görmək mümkündür. Yeni binalar, yollar, məktəblər, sosial obyektlər, enerji layihələri və turizm infrastrukturu həmin konsepsiyanın praktiki ifadəsinə çevrilib.
Laçında görülən işlərin miqyası xüsusilə enerji sahəsində özünü göstərir. Rayonun zəngin su ehtiyatlarından istifadə etməklə çoxsaylı su elektrik stansiyaları yaradılır və yenidən qurulur. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı ilə Laçının enerji potensialında daha bir mühüm mərhələ başlandı. Hazırda rayonun elektrik tələbatının 8-10 MVt-lıq hissəsi tamamilə yaşıl enerji hesabına qarşılanır, artıq enerji isə ölkənin enerji sisteminə ötürülür.
Bu fakt Laçının bərpasına münasibətdə dövlət siyasətinin mahiyyətini də göstərir: məqsəd sadəcə dağıdılmışı yenidən tikmək deyil, gələcəyin Laçınını qurmaqdır.
Eyni yanaşmanı nəqliyyat infrastrukturunda da görmək mümkündür. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, çoxsaylı tunel və körpülərin inşası rayonun ölkənin digər bölgələri ilə əlaqəsini daha da yaxşılaşdıracaq. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bu strategiyanın daha bir mühüm halqasıdır. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı həm bölgənin nəqliyyat imkanlarını genişləndirir, həm də Laçının turizm potensialının inkişafına yeni imkanlar açır.
Cənab Prezidentin Laçınla bağlı siyasətində insan amili isə bütün layihələrin mərkəzində dayanır. Çünki Laçının bərpasının əsas məqsədi yalnız gözəl şəhər yaratmaq deyil. Əsas məqsəd laçınlıların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir.
2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdış bu baxımdan Laçının tarixində yeni mərhələ açdı. 31 ildən sonra laçınlılar doğma şəhərlərinə və kəndlərinə qayıtmağa başladılar. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi məskunlaşması təmin edilib.
Bu rəqəmlərin arxasında böyük bir mənzərə dayanır.
Vaxtilə Laçından zorla çıxarılan insanlar bu gün dövlət tərəfindən yenidən qurulan evlərinin qapısını açır, övladlarını həmin torpaqlarda məktəbə göndərir, öz təsərrüfatını qurur, işləyir və gələcəyini burada planlaşdırır.
Deməli, Zəfər yalnız torpağın azad olunması ilə tamamlanmayıb. Zəfərin davamı insanın doğma torpağına qayıtmasıdır.
Cənab Prezident İlham Əliyevin Laçına səfərləri də məhz bu prosesin ardıcıllığını göstərir. 2023-cü ilin avqustunda şəhərdə enerji stansiyalarının, sənaye və turizm obyektlərinin, yaradıcılıq studiyasının, məktəbin və balıq təsərrüfatının açılışında iştirak edən Prezident 2024-cü ildə Sus kəndində görülən işlərlə tanış oldu, yeni enerji layihələrinin açılışını həyata keçirdi. 2025-ci ildə isə Laçında daha böyük bir quruculuq mərhələsinin şahidi olduq: yeni fabriklər, Bəylik kəndi, istirahət kompleksi, hava limanı, enerji obyektləri istifadəyə verildi, yeni layihələrin təməli qoyuldu.
Bu ardıcıllıq çox mühüm bir məqamı ortaya qoyur: Prezidentin Laçınla bağlı siyasəti epizodik deyil, sistemlidir.
Bir səfərdə yol, digərində enerji, başqa bir səfərdə yaşayış, təhsil, turizm və istehsal. Bütün bunlar bir-birini tamamlayan vahid inkişaf modelinin hissələridir.
Bu gün Laçında artıq təkcə evlər tikilmir. Burada iqtisadiyyat formalaşır. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə müəssisələrin yaradılması, mebel və tekstil istehsalının, ayaqqabı fabriklərinin, yeyinti və digər sənaye sahələrinin inkişaf etdirilməsi rayonun gələcək iqtisadi həyatının əsaslarını yaradır.
Turizm də bu modelin mühüm istiqamətlərindən biridir. Laçının təbiəti, dağları, meşələri, Həkəri çayı və zəngin landşaftı burada müasir turizm infrastrukturu yaratmağa imkan verir. “Laçın” İstirahət Kompleksinin açılması, bulvar, kanat yolu və digər layihələr şəhərin yalnız yaşayış məkanı deyil, həm də turizm mərkəzinə çevrilməsi istiqamətində atılan addımlardır.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması isə bu quruculuq siyasətinin daha geniş regional miqyas aldığını göstərir. Layihə yalnız Laçının deyil, bir sıra digər rayonların içməli su təminatına da töhfə vermək potensialına malikdir.
Beləliklə, Laçın artıq yalnız işğaldan azad edilmiş ərazi deyil.
Laçın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış və Böyük Quruculuq siyasətinin canlı nümunələrindən biridir.
Bu şəhərin bugünkü mənzərəsində üç tarix bir-birinə qovuşur: işğalın ağrısı, Zəfərin qüruru və quruculuğun gələcəyi.
1992-ci ildə Laçın itiriləndə onun qarşısında qaranlıq bir tarix görünürdü. 2020-ci ildə azad ediləndə qarşısında yeni bir yol açıldı. Bu gün isə həmin yol artıq məktəblərdən, evlərdən, fabriklərdən, elektrik stansiyalarından, hava limanından, yeni avtomobil yollarından və ən əsası, geri qayıdan insanlardan keçir.
Laçının ən böyük dəyişimi də elə budur. Burada daşlar yenidən yerinə qoyulmur, həyat yenidən qurulur. Canab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas nəticəsi də məhz budur: vaxtilə işğal və dağıntı ilə yadda qalan Laçın bu gün Azərbaycan dövlətinin gücünü, iradəsini və quruculuq imkanlarını nümayiş etdirən bir şəhərə çevrilir.
26 avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız keçmişi xatırlamaq günü deyil. Bu tarix həm də azadlığın necə quruculuğa, quruculuğun isə yeni həyata çevrildiyini göstərən bir gündür.
Laçın bu gün öz tarixinin yeni səhifəsini yazır.
Həmin səhifənin adı isə qayıdışdır, quruculuqdur və gələcəyə inamdır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026