Tarixi simasını bərpa edən Laçın müasir şəhərsalmanın parlaq nümunəsinə çevrilib - DEPUTAT
Tarix: 25-08-2026 | Saat: 11:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Laçın öz tarixi simasını bərpa etməklə yanaşı, müasir şəhərsalma, yaşıl enerji, nəqliyyat, turizm və sosial infrastruktur layihələri ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi böyük quruculuq prosesinin parlaq nümunələrindən birinə çevrilir.
Laçının tarixi ölkə ərazisinin qədim yaşayış məskənlərindən biri kimi formalaşmış zəngin keçmişi ilə bağlıdır. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilib və Laçın şəhəri rayonun inzibati mərkəzinə çevrilib. Ərazisinin təbii-coğrafi xüsusiyyətləri Laçına hər zaman xüsusi əhəmiyyət qazandırıb. 1835 kvadratkilometr əraziyə malik Laçın zəngin təbiəti, dağlıq relyefi, yaylaqları, meşələri, çayları və digər təbii sərvətləri ilə seçilir.
Laçının strateji mövqeyi Ermənistanın Azərbaycana qarşı işğal siyasətində əsas hədəflərdən birinə çevrilməsinə səbəb olmuşdu. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla rayonun əhalisi doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsə ağır zərbə vuruldu. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun sosial-iqtisadi və mədəni infrastrukturu ciddi şəkildə dağıdıldı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, internat məktəbi, orta texniki peşə məktəbi, avtonəqliyyat və digər istehsal müəssisələri talan olundu və məhv edildi. Laçının tarixi-mədəni irsinə də ciddi ziyan vuruldu, dünya və yerli əhəmiyyətli çoxsaylı tarixi abidələr vandalizmə məruz qaldı. İşğal dövründə ərazinin demoqrafik və coğrafi simasının dəyişdirilməsinə yönəlmiş qanunsuz siyasət həyata keçirildi, yaşayış məntəqələrinin adları dəyişdirildi, təbii sərvətlərdən qanunsuz istifadə olundu və müxtəlif ərazilərdə məqsədyönlü məskunlaşdırma aparıldı.
Laçının taleyində dönüş nöqtəsi 2020-ci ildə baş verən Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər oldu. Azərbaycan Ordusunun hərbi-siyasi uğurları nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin Laçının tam azadlığı bununla yekunlaşmadı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçının işğaldan azad edilməsi prosesi başa çatdı və rayonun qarşısında yeni inkişaf mərhələsi açıldı. Laçının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.
Laçının azadlığının və dirçəlişinin rəmzlərindən biri də 26 avqust tarixinin Laçın Şəhəri Günü kimi təsis edilməsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib və 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olunub. Bu tarix Laçın şəhərinin azad edilməsi ilə yanaşı, yeni inkişaf mərhələsinin başlanğıcını da ifadə edir. Burada müasir şəhərsalma prinsiplərinə əsaslanan, iqtisadi fəallığı, sosial rifahı, ekoloji dayanıqlılığı və turizm potensialını nəzərə alan yeni şəhər modeli formalaşdırılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Laçının bərpası Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. Şəhərin gələcək inkişafının əsas çərçivəsini Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” müəyyənləşdirir. Baş Planın əsas xüsusiyyətlərindən biri şəhər həyatının müasir prinsiplər əsasında təşkili, yaşayış və sosial obyektlərin bir-birinə yaxın yerləşdirilməsi, rahat nəqliyyat və piyada hərəkətinin təmin edilməsidir. Planlaşdırmada “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi sakinlərin gündəlik ehtiyaclarını yaşayış məkanlarına yaxın ərazilərdə qarşılaya bilməsinə imkan verəcək. Şəhərdə xəstəxana, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektləri, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park və digər sosial infrastrukturlar yaradılacaqdır.
Laçının iqtisadi və turizm potensialının reallaşdırılması üçün müasir yol-nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi də bu baxımdan mühüm layihələrdəndir. Uzunluğu 75,8 kilometr olan yeni avtomobil yolu mövcud yoldan 32,2 kilometr qısa olacaq. Yolun üzərində çoxsaylı tunel və körpülərin inşası mürəkkəb dağlıq relyefdə nəqliyyatın daha təhlükəsiz və rahat təşkilinə imkan verəcək. Laçının nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıran digər mühüm layihə isə Laçın Beynəlxalq Hava Limanıdır. Bu hava limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. 3000 metr uzunluğunda uçuş-enmə zolağına malik hava limanında müasir terminal infrastrukturu yaradılıb. Hava limanı Laçınla yanaşı, Şuşa və Kəlbəcərə də çıxış imkanlarını genişləndirir və gələcəkdə regionun turizm potensialının inkişafında mühüm rol oynayacaq.
Laçının dirçəlişinin ən mühüm göstəricilərindən biri insanların doğma yurda qayıdışıdır. Beləliklə, 31 illik məcburi köçkünlük dövründən sonra Böyük Qayıdışın Laçın mərhələsi başlayıb. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, 823 nəfərin, Sus kəndinə 59 ailənin, 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Laçının bərpasında əsas məqsədlərdən biri də qayıdan əhalinin məşğulluğunun təmin edilməsidir. Bu istiqamətdə sənaye və aqrar müəssisələrin yaradılması xüsusi əhəmiyyət daşıyır. Laçın şəhərində yaradılan Laçın Aqro-Sənaye Parkı gələcəkdə 46 müəssisənin fəaliyyət göstərəcəyi böyük iqtisadi mərkəzə çevriləcək. Burada mebel, yeyinti, yüngül sənaye, balıqçılıq, ekoloji təmiz emal və digər istiqamətlər üzrə müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel fabriki, prefabrik modul evlərin istehsalı müəssisəsi, ayaqqabı fabriki və tikiş fabriki artıq yeni iqtisadi fəaliyyətin formalaşmasına töhfə verir. Bu müəssisələrin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyətində yerli sakinlərin, xüsusilə Laçın sakinlərinin məşğulluğuna üstünlük verilir.
26 Avqust – Laçın Şəhəri Günü Zəfərin yaratdığı yeni reallıqları və Böyük Qayıdışın uğurlarını da nümayiş etdirir. Laçın artıq müasir Azərbaycanın quruculuq, inkişaf və dirçəliş salnaməsinin təntənəsinə çevrilib. Bu gün Laçında yüksələn yeni binalar, işıqlandırılan küçələr, fəaliyyət göstərən müəssisələr, məktəblər, sosial obyektlər və doğma yurduna qayıdan insanların səsi bir həqiqəti nümayiş etdirir: Laçın yenidən inkişaf edir və gələcəyə inamla addımlayır.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026