ABŞ-dan Qazaxıstana tələb: Ya Çin, ya biz...
Tarix: 15-08-2026 | Saat: 12:11
Bölmə:Dünya | çapa göndər

Vaşinqton administrasiyası ABŞ-ın rəhbərlik etdiyi Pax Silica texnologiya alyansına qoşulan ölkələrə Çin süni intellekt proqramlarında iştiraka görə alyansdan xaric olunacaqlarına dair xəbərdarlıq edəcək.
Reuters agentliyi xəbər verir ki, belə xəbərdarlıq alyansa qoşulan bütün ölkələrə göndəriləcək: "ABŞ onlarla ölkəyə süni intellekt üstünlüyü uğrunda Çinlə yarışda tərəf seçməli olduqlarını deməyə hazırlaşır. Amerika tərəfi həmçinin bu ölkələri Pekinin rəqib təşəbbüsünə qoşulacaqları təqdirdə ABŞ-ın rəhbərlik etdiyi süni intellekt koalisiyasından xaric ediləcəkləri barədə xəbərdar etmək niyyətindədir.”
Reuters jurnalistləri Dövlət Departamentinin 35 ölkəyə göndərmək niyyətində olduğu məktub layihəsini nəzərdən keçiriblər. Bunlara Pax Silica iştirakçıları, eləcə də ABŞ ilə süni intellekt inkişafında əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirən ölkələr daxildir.
Sənəddə qeyd olunur ki, Pax Silica-ya qoşulmaq müəyyən öhdəliklər götürməyi nəzərdə tutur. Nəşr məktubdan bir hissəni sitat gətirir: "Bunu məqsədlərimizə zidd olan təkrarlanan təşəbbüslərdə iştirakla birləşdirmək olmaz".
Agentliyin qeyd etdiyinə görə, eyni zamanda Pax Silica və oxşar Çin təşəbbüsündə iştirak edən yeganə ölkə Qazaxıstandır. Nəşr ABŞ rəsmisinə istinadən bildirir ki, məktub digər ölkələrə bu sahədə ABŞ və Çinlə eyni vaxtda əməkdaşlıq edə bilməyəcəklərini aydın şəkildə bildirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-ın Pax Silica təşəbbüsü yarımkeçiricilər, vacib minerallar, enerji və süni intellekt texnologiyaları üçün innovativ istehsal və təchizat zəncirləri yaratmağı hədəfləyir. Texnologiya alyansına artıq Avstraliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İtaliya, BƏƏ, Koreya Respublikası, Yaponiya və digər ölkələr qoşulub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-08-2026
14-08-2026