Mobil versiya
Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Tarix: 15-08-2026 | Saat: 11:16
Bölmə:Ölkə | çapa göndər

Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi


Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib.

“aia.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvəl Xankəndi şəhərinə gedərkən yol qəzasına düşüb və həmin hadisədə ağır xəsarətlər alıb. Uzun müddət müalicə olunan Rəsul Nəsirovun həyatını xilas etmək mümkün olmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə