Mobil versiya
Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu - 700 min manatlıq dələduzluq iddiası var
Tarix: 14-08-2026 | Saat: 17:37
Bölmə:Ölkə / Şou-biznes | çapa göndər

Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu - 700 min manatlıq dələduzluq iddiası var


Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin iş adamı Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışı başlayır. İş, son aylarda ictimaiyyətin diqqət mərkəzində olan və yüz minlərlə manatlıq dələduzluq iddiaları ilə gündəmə gələn qalmaqallı hadisələrin fonunda keçiriləcək.

aia.az xəbər verir ki, Elşən Mahmudbəyliyə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində hakim Mirsadıq Seyidovun sədrliyi ilə avqustun 17-də baxılacaq.

Məlumata görə, xüsusi ittiham şikayətinin verilməsinə səbəb Elşən Mahmudbəylinin Rüfət Qasımzadə və digər şəxslərin onu təxminən 700 min manat məbləğində dələduzluq yolu ilə aldatdıqları barədə mediada və ictimaiyyət qarşısında səsləndirdiyi iddialar olub.

Məsələ mətbuatda geniş işıqlandırılıb. Zərərçəkənlər bildiriblər ki, onlara Mərkəzi Univermaqda qızıl mağazası açmaq və qızıl alqı-satqısından yüksək gəlir əldə etmək vəd edilib.

Elşən Mahmudbəyli bildirib ki, Rüfət Qasımzadə ilə tanışlığı onun ailə əlaqələri və uzun illər tanıdıqları şəxslərlə dostluğu səbəbindən etibar yaradıb. Onun sözlərinə görə, özü və dostları birlikdə təxminən 715 min manat vəsait veriblər.

Mahmudbəyli iddia edib ki, sonradan vədlərin həqiqəti əks etdirmədiyi məlum olub. O bildirib ki, Rüfət Qasımzadə Türkiyədən qızıl gətirərkən İstanbul hava limanında saxlanıldığını, 5 kiloqram qızılın müsadirə edildiyini və buna görə pulları geri qaytara bilməyəcəyini deyib. Daha sonra isə onların tək zərərçəkən olmadığını, başqa şəxslərin də oxşar üsulla aldadıldığını öyrəndiklərini bildirib.

Digər zərərçəkən Mirəli isə ARB-yə bildirib ki, Rüfət Qasımzadənin qızıl alqı-satqısı ilə məşğul olması görüntüsü yaratması onlarda etimad formalaşdırıb və onun dələduz ola biləcəyini düşünməyiblər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən ARB-yə bildirilmişdi ki, polisə bir qrup vətəndaşın qızıl-zinət əşyalarının satışı adı ilə aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Nazirliyin məlumatına əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, indi başlanan məhkəmə prosesi həmin cinayət işi deyil, Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə aparılacaq. Məhkəmə araşdırması nəticəsində tərəflərin təqdim etdiyi sübutlar və arqumentlər qiymətləndiriləcək. musavat.com







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2026