Mobil versiya
“Qarabağ” “Dinamo”ya qarşı
Tarix: 06-08-2026 | Saat: 09:33
Bölmə:İdman | çapa göndər

“Qarabağ” “Dinamo”ya qarşı



Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.

“aia.az” xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka).



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026