Ana Sayfa > İdman > “Qarabağ” “Dinamo”ya qarşı
“Qarabağ” “Dinamo”ya qarşıBu gün, 09:33. Yazar: vasif |
![]() Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq. “aia.az” xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar 21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka). Geri dön |