Mobil versiya
“Sabah” “Orhus”a qarşı - Start heyətlər
Tarix: 05-08-2026 | Saat: 19:48
Bölmə:İdman | çapa göndər

“Sabah” “Orhus”a qarşı - Start heyətlər


UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.

“aia.az” xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.

Valdas Dambrauskasın komandası Danimarka səfərində “Orhus”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.

5 avqust

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

20:30. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan)

Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)

Randers. “Cepheus Park”.

***

Komandaların start heyətləri bəlli olub:

“Orhus”: 21 Kristiansen, 25 Rösler, 5 Tinqager, 19 Kal, 23 Andersson, 4 Knudsen, 16 Yönsson, 39 Emeri, 31 Bek, 28 Boqere, 10 Arnstad (k).

Ehtiyat oyunçular: 1 Hansen (qapıçı), 7 Solbakken, 8 Yörgensen, 11 Links, 13 Serra, 20 Kristiansson, 26 Andersen, 27 Çamçe, 29 Karstensen, 44 Kamara, 45 Storx, 46 Senquba.

“Sabah”: 92 Stas Pokatilov (k), 27 Puxaç, 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 80 Akim Zedadka, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 20 Coy-Lens Mikels, 11 Kahim Parris.

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026