Mobil versiya
Dünya platforması Türkiyə məhkəməsinin qərarını icra etdi – İmamoğlunun qərargahı bloklandı
Tarix: 05-08-2026 | Saat: 23:11
Bölmə:Dünya | çapa göndər

Dünya platforması Türkiyə məhkəməsinin qərarını icra etdi – İmamoğlunun qərargahı bloklandı


Türkiyədə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun seçki qərargahına məxsus X hesabına giriş məhdudlaşdırılıb.

aia.az xəbər verir ki, Türkiyə məhkəməsi X sosial şəbəkəsindən İmamoğlunun seçki qərargahının rəsmi hesabının ölkə ərazisində bloklanmasını tələb edib.

X şirkəti məhkəmənin qərarını dərc edərək bildirib ki, yerli qanunvericiliyin tələblərinə əməl edir. Bununla belə, şirkət qərarla razılaşmadığını və ona qarşı hüquqi qaydada etiraz edəcəyini açıqlayıb.

Məhdudiyyət yalnız Türkiyə ərazisində qüvvədə olacaq. X-in açıqlamasına görə, hesabda yerləşdirilən materiallar Türkiyədən kənardakı istifadəçilər üçün əlçatan qalacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026