Mobil versiya
Tramp Zelenskinin "Patriot" istəyinə "yox" dedi: Səbəb açıqlandı
Tarix: 05-08-2026 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Tramp Zelenskinin "Patriot" istəyinə "yox" dedi: Səbəb açıqlandı



ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş zamanı Kiyevin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə tutucu raketlərin ayrılması ilə bağlı müraciətini qəbul etməyib.
Məlumata görə, Tramp qərarını ABŞ-ın bu raketlər üzrə mövcud ehtiyatlarının məhdud olması ilə əsaslandırıb.
Bildirilir ki, Ağ Ev rəhbəri hazırkı şəraitdə "Patriot" raketlərinin ABŞ-ın öz təhlükəsizlik maraqları üçün prioritet hesab edildiyini vurğulayıb.
Qeyd olunub ki, İranla bağlı gərginliyin davam etməsi fonunda həmin raketlər Yaxın Şərqdə yerləşən Amerika hərbi obyektlərinin, eləcə də Fars körfəzi ölkələrindəki müttəfiq bazaların müdafiəsi üçün saxlanılır.
Mənbələrin məlumatına əsasən, Vaşinqton mövcud ehtiyatları nəzərə alaraq əlavə hərbi yardım məsələsində daha ehtiyatlı mövqe nümayiş etdirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026