Mobil versiya
Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
Tarix: 03-08-2026 | Saat: 11:49
Bölmə:Dünya | çapa göndər

Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var


Ukrayna Silahlı Qüvvələrinin Krıma endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.
aia.az xəbər verir ki, bu barədə Krımın qubernatoru Sergey Aksenov öz Telegram kanalında məlumat yayıb. Aksyonov həmçinin bildirib ki, Ukraynanın gecə hücumu zamanı daha iki nəfər yaralanıb.

Ukrayna dronları Krımla yanaşı, Vladimir bölgəsinə də zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 3 avqust gecəsi hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 131 Ukrayna PUA-sı vurub. Hücumlar əsasənTula, Smolensk və Lipetsk bölgələri, eləcə də Krasnodar diyarı da daxil olmaqla 11 bölgəni əhatə edib.

Onuda qeyd edək ki, Rusiya Silahlı Qüvvələri də əks hücumları nəticəsində Donetskdə

Slavyansk və Kramatorsk arasındakı körpünü sıradan çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026