Ana Sayfa > Dünya > Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar varBu gün, 11:49. Yazar: vasif |
![]() Ukrayna Silahlı Qüvvələrinin Krıma endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub. aia.az xəbər verir ki, bu barədə Krımın qubernatoru Sergey Aksenov öz Telegram kanalında məlumat yayıb. Aksyonov həmçinin bildirib ki, Ukraynanın gecə hücumu zamanı daha iki nəfər yaralanıb. Ukrayna dronları Krımla yanaşı, Vladimir bölgəsinə də zərbələri endirib. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 3 avqust gecəsi hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 131 Ukrayna PUA-sı vurub. Hücumlar əsasənTula, Smolensk və Lipetsk bölgələri, eləcə də Krasnodar diyarı da daxil olmaqla 11 bölgəni əhatə edib. Onuda qeyd edək ki, Rusiya Silahlı Qüvvələri də əks hücumları nəticəsində Donetskdə Slavyansk və Kramatorsk arasındakı körpünü sıradan çıxarıb. Geri dön |