Mobil versiya
Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
Tarix: 03-08-2026 | Saat: 10:37
Bölmə:Dünya | çapa göndər

Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı


Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.

“aia.az” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.

Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə gətiriləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın isə öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi.

Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. O, 2018-i ildən Ermənistanın Baş naziridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026