Mobil versiya
İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
Tarix: 03-08-2026 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər


Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb, daha sonra yük ətraflı gömrük baxışına cəlb edilib.

İdarədən "aia.az"a bildirilib ki, yoxlama zamanı narkotik vasitə konservləşdirilmiş düyü olan 1218 ədəd plastik qabın alt hissəsində aşkarlanıb. Çətinləşdirilmiş üsulla gizlədilən heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026