“İranla müharibədə 18 ABŞ əsgəri həlak olub”
Tarix: 22-07-2026 | Saat: 08:39
Bölmə:Karusel / Dünya | çapa göndər

“İranla müharibənin başladığı 4 ay ərzində 18 ABŞ əsgəri həlak olub”.
aia.az xəbər verir ki, bununla bağlı məlumatı ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşıb.
ABŞ Prezidenti ölkəsinin iştirak etdiyi müxtəlif müharibələrdəki itkiləri müqayisə edən siyahı dərc edib.
Əfqanıstan, İraq, Vyetnam və Koreya müharibələrinə də toxunan Tramp İranla bağlı hissədə “İran münaqişəsi: 4 ay, 18 ölü” ifadəsini işlədib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İordaniyadakı Amerika bazasına edilən hücum zamanı iki əsgərin öldüyünü, bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı.
Pentaqon həlak olan hərbçilərin şəxsiyyətinin müəyyən edildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirmişdi.
CENTCOM həmçinin iyulun 18-də İraqda İran pilotsuz uçuş aparatına məxsus partlamamış sursatın zərərsizləşdirilməsi zamanı bir ABŞ əsgərinin öldüyünü açıqlamışdı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-07-2026
21-07-2026