Mobil versiya
Tofiq Mirzəyev vəfat etdi
Tarix: 22-07-2026 | Saat: 09:23
Bölmə:Ölkə | çapa göndər

Tofiq Mirzəyev vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

aia.az xəbər verir ki, Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.

Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.

O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.

Allah rəhmət eləsin!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026