Axios: Tramp və Netanyahu arasında F-35 məsələsində fikir ayrılığı yaranıb
Tarix: 17-07-2026 | Saat: 21:28
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Türkiyəyə F-35 qırıcı təyyarələrinin mümkün satışı ilə bağlı fikir ayrılığı yarandığı iddia olunur.
Axios portalının Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Netanyahunun Türkiyəyə F-35 təyyarələrinin verilməsinə qarşı açıq mövqe nümayiş etdirməsindən narazı qalıb. Məlumatda bildirilir ki, ABŞ prezidenti bu məsələnin Vaşinqtonun qərar səlahiyyətinə aid olduğunu düşünür.
İddialara əsasən, Netanyahu bu ayın əvvəlində verdiyi müsahibədə Türkiyənin F-35 qırıcıları əldə etməsinin Yaxın Şərqdə hərbi balansı dəyişə biləcəyini bildirib və buna etirazını ifadə edib.
Axios-un məlumatına görə, İsrail Baş naziri daha əvvəl telefon danışığı zamanı da Trampdan Türkiyəyə yeni silah sistemlərinin, o cümlədən F-35 təyyarələrinin satışına ehtiyatla yanaşmağı xahiş edib.
Hazırda ABŞ administrasiyası tərəfindən Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı hər hansı yekun qərarın qəbul edildiyi açıqlanmayıb. Rəsmi Vaşinqton və Təl-Əviv isə Axios-un yaydığı iddialarla bağlı hələlik əlavə açıqlama verməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026