Bu dayanacaqlardan istifadə edə bilmirlər - VİDEO
Tarix: 17-07-2026 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən müasir tipli avtobus dayanacağının natəmiz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
aia.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, bəzi evsiz şəxslər dayanacaqda gecələyirlər.
Nəticədə ərazidə antisanitar vəziyyət yaranır və kəskin üfunət səbəbindən sərnişinlər dayanacağın içərisinə daxil ola bilmirlər.
Qeyd edək ki, müasir tipli dayanacaqlar sərnişinlərin qışda soyuqdan, yayda isə istidən qorunması üçün kondisioner sistemi ilə təchiz olunub.
Lakin mövcud vəziyyətə görə vətəndaşlar dayanacağın sərin salonundan istifadə etmək əvəzinə, avtobusları qızmar günəş altında gözləmək məcburiyyətində qalırlar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026