Mobil versiya
Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb
Tarix: 17-07-2026 | Saat: 15:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ceyhun Bayramov:

Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması prosesi, o cümlədən hər iki dövlət başçısının şəxsi təşəbbüsləri sayəsində uğurla keçib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-si Moskvada rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz yaxın keçmişimizdə ikitərəfli münasibətlərdə çətinliklərlə üzləşmişdik və məmnuniyyət hissi ilə qeyd etmək istəyirik ki, bu səhifəni çevirə və onların bütün spektrini tamamilə normallaşdıra bildik. Bu, ölkələrimizin prezidentlərinin şəxsi mövqeyi sayəsində mümkün oldu. Proses iki dövlət başçısının Düşənbədəki beynəlxalq tədbir çərçivəsində ikitərəfli şəxsi görüşünün yekunlarına əsasən baş verib", - C. Bayramov deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026