ABŞ nəşrindən İrəvana mesaj: Sülh sazişinin gecikməsi riskləri artırır
Tarix: 13-07-2026 | Saat: 21:04
Bölmə:Özəl | çapa göndər

ABŞ-də yayımlanan analitik məqalədə Azərbaycan və Ermənistanın hərbi potensialı müqayisə edilərək, mümkün yeni qarşıdurma halında Bakının üstün mövqedə olduğu iddia edilib.
Məqalədə Azərbaycanın hərbi büdcəsi, aviasiya imkanları və xüsusilə pilotsuz uçuş aparatları sahəsində son illərdə həyata keçirdiyi modernləşmənin ölkəyə ciddi üstünlük qazandırdığı qeyd olunur. Müəllif bildirir ki, Türkiyə və İsrail istehsalı olan müasir texnologiyalar Azərbaycanın hava imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.
Təhlildə vurğulanır ki, mümkün hərbi eskalasiya Ermənistan üçün ciddi risklər yarada bilər. Bu baxımdan, regionda sabitliyin qorunması və sülh sazişinin imzalanması ən real çıxış yolu kimi qiymətləndirilir.
Hərbi ekspert Ramil Məmmədli də hesab edir ki, Cənubi Qafqazda davamlı təhlükəsizliyin təmin olunması üçün yekun sülh sazişinin imzalanması vacibdir. Onun sözlərinə görə, regionda yaranan yeni geosiyasi reallıqlar qarşıdurmadan deyil, əməkdaşlıqdan daha çox fayda əldə etməyə imkan yaradır.
Ekspert bildirib ki, sülhün əldə olunması nəqliyyat əlaqələrinin genişlənməsi, iqtisadi əməkdaşlığın artması və regionda uzunmüddətli sabitliyin möhkəmlənməsi baxımından bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər