Bu kənddə yaşamaq istəyənlərə 44 min avroya qədər dəstək təklif olunur
Tarix: 13-07-2026 | Saat: 22:11
Bölmə:Özəl | çapa göndər

İtaliyanın Abruzzo bölgəsində yerləşən tarixi Santo Stefano di Sessanio kəndi əhali azalmasının qarşısını almaq məqsədilə yeni sakinlər üçün xüsusi təşviq proqramı hazırlayıb. Proqram çərçivəsində iştirakçılara ümumilikdə 44 min avroya (təxminən 85 min manatdan çox) qədər maliyyə dəstəyi və güzəştli yaşayış imkanı nəzərdə tutulur.
Proqrama əsasən, seçilən şəxslər üç il ərzində hər il 8 min avroya qədər maliyyə dəstəyi ala, kənddə biznes qurmaq istəyənlər isə əlavə olaraq 20 min avroya qədər qrant əldə edə bilərlər. Bundan başqa, bələdiyyəyə məxsus yaşayış sahələri simvolik kirayə haqqı ilə istifadəyə verilir.
Müraciət etmək istəyən namizədlərin 18-40 yaş arasında olması və kənddə ən azı 5 il yaşamağı öhdələrinə götürməsi tələb olunur. Seçim zamanı peşə təcrübəsi və təqdim edilən biznes planı əsas meyarlar hesab edilir.
Yerli hakimiyyət xüsusilə turizm, kənd təsərrüfatı, qastronomiya, sənətkarlıq, xidmət sahələri və yerli məhsul istehsalı istiqamətində fəaliyyət göstərmək istəyən namizədlərə üstünlük verir. Məqsəd həm kənd iqtisadiyyatını canlandırmaq, həm də bölgəyə gələn turistlər üçün xidmət imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, bu təşviq proqramı ilk dəfə 2020-ci ildə elan olunub. Son günlər yenidən gündəmə gəlsə də, bələdiyyə hazırda eyni şərtlərlə yeni müraciət mərhələsinin başladığını rəsmi şəkildə açıqlamayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər