Luvr soyğununda yeni detallar: Şübhəli "Daha çoxunu oğurlaya bilərdik" deyildiyini iddia etdi
Tarix: 13-07-2026 | Saat: 21:44
Bölmə:Özəl | çapa göndər

Parisdəki Luvr Muzeyindən milyonlarla avro dəyərində kral ailəsinə məxsus zinət əşyalarının oğurlanması ilə bağlı istintaqda yeni məlumatlar ortaya çıxıb. İfadə verən şübhəlilər oğurluğun sifariş əsasında həyata keçirildiyini iddia ediblər.
İstintaq sənədlərinə görə, şübhəlilər muzeyin Apollon qalereyasından taclar, boyunbağılar, broşlar və digər qiymətli zinət əşyalarını götürdüklərini bildiriblər. Onlardan biri qaçarkən III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyaya aid olduğu bildirilən tacı təsadüfən yerə saldığını etiraf edərək bunun ciddi səhv olduğunu söyləyib.
Şübhəlilərin ifadəsinə əsasən, oğurlanan əşyaları təhvil verdikləri şəxs əldə olunan qənimətdən narazı qalaraq onlara "Daha çoxunu oğurlaya bilərdiniz" dediyini bildirib.
Onlar həmçinin hadisədən cəmi bir neçə gün əvvəl bu işə cəlb olunduqlarını, muzeyə yük lifti vasitəsilə daxil olduqlarını və vitrini sındıraraq bir neçə dəqiqə ərzində ərazini tərk etdiklərini iddia ediblər.
Hazırda oğurlanan zinət əşyalarının yeri məlum deyil. Şübhəlilər sifarişçinin kimliyini açıqlamaqdan imtina ediblər. Fransa hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını və iddiaların doğruluğunu araşdırmağı davam etdirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər