Mobil versiya
Biri sevincdən, digəri kədərdən... - Fotolar
Tarix: 07-07-2026 | Saat: 23:13
Bölmə:İdman | çapa göndər

Biri sevincdən, digəri kədərdən... - Fotolar


Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir üzərində 3:2 hesablı dramatik qələbədən sonra emosiyalarına hakim ola bilməyib.

“aia.az” xəbər verir ki, Argentina 0:2 hesabı ilə geridə olduğu oyunda əzmkar geri dönüş edərək Misiri 3:2 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.

Qarşılaşmanın final fiti səslənəndə argentinalı dünya ulduzu meydanda sevinc göz yaşları töküb.

Qeyd edək ki, ötən gün Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya məğlub olaraq turnirlə vidalaşmışdı.

Həmin qarşılaşmadan sonra komandanın kapitanı Kriştianu Ronaldo da kədər göz yaşlarını saxlaya bilməmişdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026