Keşiş Baqrat Paşinyanı məhkəməyə verdi
Tarix: 07-07-2026 | Saat: 20:13
Bölmə:Özəl | çapa göndər

Ermənistanda müxalif "Müqəddəs Mübarizə" hərəkatının rəhbəri, keşiş Baqrat (Vazgen Qalstanyan) Baş nazir Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.
Baqrat iddia edir ki, Paşinyanın onu seçiciləri ələ almaqda ittiham edən açıqlamaları həqiqəti əks etdirmir və onun nüfuzuna xələl gətirir.
İddia ərizəsində baş nazirin məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində həmin fikirləri ictimai şəkildə təkzib etməsi tələb olunur. Müxalifət lideri təkzibin hökumətin və baş nazirin rəsmi internet səhifələrində, eləcə də kifayət qədər tiraja malik çap nəşrlərindən birində dərc edilməsini istəyir.
Baqrat mənəvi ziyana görə simvolik olaraq 49,7 dram məbləğində təzminat tələbi də irəli sürüb.
Hazırda məhkəmənin iddia ərizəsini icraata qəbul edib-etmədiyi barədə rəsmi məlumat açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-07-2026