Mobil versiya
Aylarla görünməyən SEPAH komandanı yenidən ortaya çıxdı
Tarix: 03-07-2026 | Saat: 20:46
Bölmə:Özəl | çapa göndər

Aylarla görünməyən SEPAH komandanı yenidən ortaya çıxdı




İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Yayılan məlumatlara görə, general Tehranda keçirilən rəsmi tədbirlərdə iştirak edib. Dövlət mediasının paylaşdığı görüntülərdə onun ali rəhbərin dəfn mərasiminə hazırlıqla bağlı keçirilən müşavirədə, eləcə də vida mərasimində yer aldığı əks olunub.

Məlumatda qeyd olunur ki, Əhməd Vahidi cari ilin fevral ayından bəri ictimai tədbirlərdə görünmürdü. Bu səbəbdən onun yenidən ictimaiyyət qarşısına çıxması beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib.

Hərbi və siyasi analitiklər hesab edirlər ki, Vahidinin yenidən görünməsi ölkədə yeni siyasi mərhələdə hərbi rəhbərliyin aktiv rolunu nümayiş etdirməyə yönəlmiş mesaj kimi qiymətləndirilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026