Mobil versiya
Azərbaycanın regionun innovasiya mərkəzlərindən birinə çevrilir - DEPUTAT
Tarix: 03-07-2026 | Saat: 20:23
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın regionun innovasiya mərkəzlərindən birinə çevrilir

Son illər Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl şəkildə inkişaf etdirilir. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar ölkənin yeni inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Hazırda ölkəmizdə bu istiqamətdə aparılan islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır.
Rəqəmsal İnkişaf Şurasının yaradılması və ilk iclasının keçirilməsi isə bu proseslərin vahid strateji yanaşma əsasında əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu iclas bir daha təsdiqlədi ki, rəqəmsal inkişaf artıq təkcə texnologiya sahəsinin deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biridir.

İclas zamanı Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, Şuranın əsas məqsədi müxtəlif dövlət qurumlarının fəaliyyətinin koordinasiyasını təmin etmək, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların səmərəli icrasına nəzarət etməkdir. Bu yanaşma göstərir ki, rəqəmsal transformasiya ayrı-ayrı layihələrdən ibarət proses deyil, dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən kompleks inkişaf modelidir. Müasir çağırışlar fonunda rəqəmsallaşmanın uğuru məhz dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, innovativ həllərin tətbiqi və institusional idarəetmənin gücləndirilməsi ilə bağlıdır.
İclasda səsləndirilən əsas mesajlardan biri də süni intellekt texnologiyalarının ölkənin gələcək inkişafında oynayacağı rol oldu. Mehriban Əliyevanın qeyd etdiyi kimi, "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir". Bu fikir Azərbaycanın bu prosesdə fəal mövqeyini bir daha təadiqləaq niyyətində olduğunu göstərir. Süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatda, səhiyyədə, təhsildə və digər sahələrdə tətbiqi xidmətlərin daha səmərəli, operativ və şəffaf təşkilinə yeni imkanlar açacaq.
Eyni zamanda, rəqəmsallaşmanın sürətlənməsi yeni təhlükəsizlik çağırışlarını da gündəmə gətirir. Birinci vitse-prezident çıxışında kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etdi ki, rəqəmsal inkişaf etibarlı təhlükəsizlik sistemi ilə müşayiət olunmalıdır. Bu yanaşma innovasiya ilə təhlükəsizlik arasında balansın qorunmasının dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu göstərir. Çünki rəqəmsal iqtisadiyyatın və elektron dövlət xidmətlərinin dayanıqlı inkişafı yalnız etibarlı kibermühitin mövcudluğu şəraitində mümkündür.
İclasda beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi də xüsusi qeyd olundu. Dünyanın qabaqcıl ölkələrinin uğurlu rəqəmsallaşma modellərinin araşdırılması Azərbaycanın bu sahədə ən müasir yanaşmaları tətbiq etməsinə imkan yaradacaq. Bununla yanaşı, qəbul ediləcək bütün qərarların ölkənin milli maraqlarına, hüquqi sisteminə və sosial-iqtisadi reallıqlarına uyğunlaşdırılması əsas prinsip kimi müəyyənləşdirilib. Mehriban Əliyevanın vurğuladığı kimi, Azərbaycanın rəqəmsal inkişaf strategiyası beynəlxalq təcrübədən faydalanmaqla yanaşı, ilk növbədə milli prioritetlər əsasında formalaşdırılacaq.
Bu yanaşmanın əsas məqsədi Azərbaycanı regionun rəqəmsal inkişaf və süni intellekt sahəsində aparıcı dövlətlərindən birinə çevirməkdir. Bu hədəf yalnız yeni texnologiyaların tətbiqini deyil, eyni zamanda innovasiya ekosisteminin inkişafını, rəqəmsal bacarıqların artırılmasını, elmi tədqiqatların dəstəklənməsini və yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını da nəzərdə tutur.
İclas zamanı təqdim olunan məlumatlar qarşıya qoyulan strateji məqsədlərin artıq praktik icra mərhələsinə keçdiyini göstərir. Məıum oldu ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 təşəbbüs həyata keçiriləcək. Bu təşəbbüslər dövlət informasiya sistemlərinin inteqrasiyasını, elektron xidmətlərin genişləndirilməsini, rəqəmsal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, məlumat mübadiləsinin sürətləndirilməsini və vətəndaş məmnunluğunun artırılmasını əhatə edir. Eyni zamanda, süni intellekt həllərinin dövlət xidmətlərinə inteqrasiyası, rəqəmsal innovasiyaların təşviqi və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi qarşıdakı dövrün əsas fəaliyyət istiqamətləri olacaq.
Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səslənən fikirlərdən də aydın oldu ki, qarşıdakı illərdə rəqəmsal transformasiya ilə bağlı strategiyanın uğuru dövlət qurumlarının səmərəli əməkdaşlığından, texnoloji yeniliklərin geniş tətbiqindən, insan kapitalına yatırılan investisiyalardan və milli maraqlara əsaslanan ardıcıl siyasətin həyata keçirilməsindən asılı olacaq. Bu istiqamətdə atılan addımlar Azərbaycanın regionun innovasiya mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət etdiyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026