Mobil versiya
Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır
Tarix: 03-07-2026 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər, danışıqların yekunu bir daha göstərdi ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər boyu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir.
Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən yeganə sabit quru marşrutlarından biri kimi ön plana çıxır. Xüsusilə Ukrayna müharibəsindən sonra Avropa İttifaqı üçün bu marşrutun strateji əhəmiyyəti daha da artıb. Şimal marşrutu Rusiya üzərindən keçdiyi üçün siyasi risk daşıyır, cənub istiqaməti isə Yaxın Şərqdə davam edən böhranlar səbəbindən qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti Avropa üçün ən real alternativlərdən biri kimi çıxış edir.
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu son iyirmi ildə formalaşdırılmış strateji investisiyaların nəticəsidir. Bu layihələr Azərbaycanın uzunmüddətli dövlət siyasətinin məhsuludur.
Regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə doğru 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Bu çətinliklərə baxmayaraq, regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, həm də Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun ölkələri - Azərbaycan, İran, Türkiyə bu yanaşmaya güclü dəstək verir. Sağlam düşüncə, bütün deyilənlərdən çıxan nəticə artan potensiala dəlalət edir ki, bunun da alternativi yoxdur.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026