Qarşılıqlı faydalı əməkdaşlıq və ortaq strateji hədəflər - ŞƏRH
Tarix: 03-07-2026 | Saat: 15:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş Avropa ilə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Qarşılıqlı əlaqələr artıq yeni məzmun qazanaraq enerji təhlükəsizliyi, yaşıl keçid, beynəlxalq nəqliyyat marşrutları, iqtisadi əməkdaşlıq və regional sülh kimi strateji istiqamətləri əhatə edir. Bu gün dünyada sürətlə dəyişən geosiyasi proseslər fonunda etibarlı tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Avropa Komissiyası ilə münasibətlərdə formalaşan yeni dinamika həm region, həm də Avropa üçün mühüm perspektivlər vəd edir.
Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə ardıcıl səfərləri münasibətlərin inkişaf tempini nümayiş etdirir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfərləri təsdiqləyir ki, siyasi dialoq davamlı xarakter alıb. Bu intensiv təmaslar qarşılıqlı etimadın daha da möhkəmləndiyini, tərəflərin qlobal və regional məsələlər üzrə mövqelərini daha sıx əlaqələndirmək niyyətində olduqlarını nümayiş etdirir.
Bəyanatda diqqət çəkən əsas məqamlardan biri iqtisadi əlaqələrin yüksək səviyyədə olması idi. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilməsi iqtisadi əlaqələrin dərinliyinin göstəricisidir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin böyük hissəsinin Azərbaycanla formalaşması respublikanın regionun iqtisadi lideri olduğunu bir daha təsdiqləyir. Bu nəticələr həyata keçirilən iqtisadi islahatların, müasir infrastrukturun yaradılmasının və əlverişli investisiya mühitinin məntiqi nəticəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyev çıxışında həmin məqama toxunaraq bildirib ki, bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu qısa müddətdə mühüm nəticələr verib. Avropa bazarına təbii qaz ixracının təxminən 65 faiz artması əməkdaşlığın uğurlu inkişafını nümayiş etdirir. Bütün bu amillər tərəflər arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın real göstəricisidir.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini beynəlxalq əməkdaşlığın ən uğurlu layihələrindən biri kimi xarakterizə edib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi müxtəlif dövlətləri ortaq maraqlar ətrafında birləşdirən mühüm enerji infrastrukturudur. Bu layihə siyasi etimadı gücləndirən, iqtisadi əməkdaşlığı genişləndirən və Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən strateji platformaya çevrilib.
Dövlətimizin başçısı çıxışında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına da toxunub. Şərq–Qərb və Şimal–Cənub marşrutlarının üzərində yerləşən Azərbaycan son illərdə bu sahədə böyük həcmli infrastruktur layihələri həyata keçirib. Dəniz limanlarının genişləndirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi, avtomobil yollarının yenilənməsi və logistika imkanlarının artırılması nəticəsində yükdaşımalarının həcmi davamlı şəkildə artır. Beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi artıq qlobal iqtisadiyyatın əsas tələblərindən biridir. Bu baxımdan Azərbaycan Avrasiya məkanında mühüm tranzit mərkəzi rolunu daha da gücləndirir.
Görüşdə müzakirə olunan mühüm məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıq idi. Günəş, külək və hidroenerji potensialından daha səmərəli istifadə istiqamətində həyata keçirilən layihələr yaxın illərdə yeni nəticələr verəcək. Prezident İlham Əliyev qeyd edib ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bu faktorlar enerji sektorunda diversifikasiyanın sürətləndirilməsi ilə yanaşı, Avropanın yaşıl enerji strategiyasına da mühüm töhfə verəcək. Beləliklə, ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də strateji əməkdaşlıq üçün yeni imkanlar formalaşır.
Prezident İlham Əliyev bəyanatında regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesinə xüsusi diqqət yetirib. Dövlət başçısı vurğulayıb ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda uzunmüddətli sabitlik üçün mühüm hüquqi-siyasi baza formalaşdırıb.
Qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə Azərbaycan bir sıra mühüm humanitar və iqtisadi addımlar atıb. Ermənistan istiqamətində yük tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və enerji məhsullarının çatdırılması bu siyasətin konkret nümunələridir. Bu addımlar bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın formalaşmasına və yeni kommunikasiya imkanlarının yaranmasına xidmət edir. Əsas məqsəd Cənubi Qafqazı uzun illər davam etmiş münaqişələrdən tamamilə uzaqlaşdıraraq əməkdaşlıq, tərəfdaşlıq və davamlı inkişaf məkanına çevirməkdir. Bu prosesdə Avropa Komissiyasının konstruktiv mövqeyi və göstərdiyi siyasi dəstək xüsusi əhəmiyyət daşıyır. Regional iqtisadi layihələrin genişlənməsi, nəqliyyat marşrutlarının inkişafı və enerji əməkdaşlığının dərinləşməsi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək.
Avropa ilə münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşlığın möhkəmlənməsi, beynəlxalq nəqliyyat layihələrinin genişlənməsi, yaşıl enerji üzrə əməkdaşlığın inkişafı və regional sülh prosesinə verilən töhfələr qarşılıqlı əlaqələrin strateji xarakter daşıdığını təsdiqləyir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026