Mobil versiya
Melkonyan: Ermənistan bu prosesdə YOXDUR
Tarix: 30-06-2026 | Saat: 13:59
Bölmə:Özəl | çapa göndər

Melkonyan: Ermənistan bu prosesdə YOXDUR


Erməni professor və türkoloq Ruben Melkonyan İsrailin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı mümkün addımlarını siyasi maraqlarla əlaqələndirib.

Onun sözlərinə görə, bu mövzunun gündəmə gətirilməsi humanitar yanaşmadan daha çox, İsrail-Türkiyə münasibətlərində yaranan gərginlik fonunda formalaşan siyasi hesablamaların nəticəsi kimi qiymətləndirilməlidir.

Melkonyan bildirib ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib və İsrail parlamenti tərəfindən təsdiq prosesi başa çatmayıb. Buna görə də hadisələrə emosional deyil, ehtiyatlı yanaşmağın daha doğru olduğunu vurğulayıb.

Professor hesab edir ki, Ermənistan bu prosesdə həlledici rol oynamır və İsrailin mümkün qərarı İrəvan-Ankara münasibətlərinin ümumi gedişatına ciddi təsir göstərməyəcək.

Melkonyanın fikrincə, rəsmi İrəvanın mövcud məsələdə əvvəlki kimi təmkinli mövqe saxlaması gözlənilir və Ermənistan tərəfi prosesin öz təşəbbüsü ilə bağlı olmadığı mesajını verməyə çalışacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2026