Nazir ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirdi
Tarix: 30-06-2026 | Saat: 12:07
Bölmə:Parlament | çapa göndər

“Hesabat ilində istifadə olunmamış investisiya xərcinin əsas hissəsini və ya 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edir”.
aia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra ediləcək layihələr hazırlıq tədbirləri və danışıqlar prosesinin, bəzi kredit sazişlərinin imzalanmasının vaxt alması, habelə zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun isə icrası təmin edilir.
“Eyni zamanda, hesabat ilində Nazirlər Kabineti tərəfindən “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib. Qaydalara əsasən, investisiya layihələrinin icra qrafiklərinə uyğunluğunun yoxlanılması, tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədi ilə müvafiq monitorinqlərin aparılması nəzərdə tutulur”.
S.Babayev bildirib ki, kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir.
"Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli Sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Bildirmək istərdim ki, Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2026