Mobil versiya
"Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərindəndir"
Tarix: 30-06-2026 | Saat: 11:38
Bölmə:İqtisadiyyat | çapa göndər

"Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərindəndir"

“Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Bu 2024-cü illə müqayisədə 2,7 faiz real artım deməkdir”.

aia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatmışdır ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz bəndi çoxdur.

“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisinin 57,4 faizə çatdırılması nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu, proqnozla müqayisədə 7.5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi çoxdur. Bildirmək istərdim ki, ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır. Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2026