Günün Fotosu – Pekində Qırmızı Mesaj, Vaşinqtona Səssiz Cavab
Tarix: 20-05-2026 | Saat: 14:25
Bölmə:Özəl | çapa göndər

Vladimir Putin və Si Cinpin Pekində çəkilən son görüntüsü dünya mediasının diqqət mərkəzinə çevrilib.
Fotoda diqqət çəkən əsas detal qırmızı rəngin dominantlığıdır. Liderlərin arxasındakı bayraqlar, əllərindəki saziş qovluqları və hətta qalstuklarının tonu belə eyni siyasi mesajı xatırladır: Moskva və Pekin yaxınlaşması davam edir.
Analitiklərin fikrincə, bu görüntü sadəcə protokol fotosu deyil, həm də geosiyasi mesajdır. Çünki son dövrlərdə Donald Trumpin Rusiya və Çini bir-birindən uzaqlaşdırmaq cəhdləri fonunda iki liderin nümayiş etdirdiyi yaxınlıq xüsusi diqqət çəkir.
Müşahidəçilər qeyd edirlər ki, Çin hələ də kommunist idarəetmə modelini qoruyur və sabitliyi əsas prioritet hesab edir. Pekin Tayvan məsələsində sərt mövqe sərgiləsə də, Ukrayna müharibəsində Rusiyanın buraxdığı səhvləri təkrarlamaq istəmir.
Ekspertlər hesab edirlər ki, Pekində çəkilən bu foto həm Vaşinqtona, həm də Qərbə ünvanlanan siyasi simvol kimi qiymətləndirilə bilər. Mesaj isə aydındır: Moskva ilə Pekin hələ də eyni strateji xətt üzrə hərəkət edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər