Azərbaycanın müasir şəhərsalma nümunəsi: tarixi irsə bağlılıq və gələcəyə strateji baxış - DEPUTAT
Tarix: 20-05-2026 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın şəhərsalma, memarlıq, dayanıqlı inkişaf və müasir idarəetmə sahəsində qazandığı uğurların təqdim olunduğu mühüm platforma kimi diqqət çəkir. Prezident İlham Əliyevin forumdakı çıxışı dövlətimizin şəhərsalma siyasətinin strateji istiqamətlərini, tarixi-mədəni irsə münasibəti, müasir urbanizasiya yanaşmalarını və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesini əhatə edən mühüm mesajlarla yadda qalıb.
Tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricilərdən biridir. Prezident İlham Əliyev bu Forumu ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbir kimi dəyərləndirib. Bu fakt Azərbaycanın artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrildiyini göstərir. Eyni zamanda, forumun Bakıda təşkili şəhərsalma sahəsində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə maraq doğurduğunu nümayiş etdirir.
Dövlətimizin başçısının çıxşında qeyd etdiyi kimi, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir. Bu xüsusiyyət ölkənin memarlığında da öz əksini tapır. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında mövcud olan vəhdət tarixi irsin qorunması ilə müasir urbanizasiya siyasətinin uğurlu sintezini nümayiş etdirir. Vaxtilə üç kilometr olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi şəhərin sürətli inkişafının mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyev çıxışında 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini bildirib. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi azad olunmuş ərazilərdə aparılan quruculuq siyasətinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm rol oynayır. Şəhərsalma siyasəti yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, eyni zamanda, sosial inkişaf, insanların rifahı və dayanıqlı yaşayış mühitinin formalaşdırılması kimi mühüm istiqamətləri də əhatə edir.
Forumda ölkəmizin qədim şəhərlərinin tarixi və memarlıq irsi geniş şəkildə təqdim edilir. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məskənlərinin timsalında dövlətimizin başçısı xalqımızın zəngin memarlıq ənənələrini və tarixi irsə bağlılığını ön plana çıxarıb. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər əvvəl yaradılmış mühəndis-kommunikasiya sistemi xalqımızın yüksək mədəni və memarlıq irsinin göstəricisi kimi təqdim olunur. Azərbaycan yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq nümunələri ilə qədim tarixini yaşadır və gələcək nəsillərə ötürür.
Müasir şəhərsalma ilə tarixi irsin qorunması arasında tarazlığın təmin olunması məsələsi mühüm önəm kəsb edir. Müasir infrastrukturun qurulması vacib olduğu kimi, tarixi abidələrin və milli memarlıq nümunələrinin qorunması da əsas prioritetlərdən biri olmalıdır. Bu yanaşma müasir urbanizasiya siyasətinin milli-mədəni dəyərlərlə uzlaşdırıldığını təsdiq edir.
Forum çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də mühüm mövzulardan biridir. Prezident İlham Əliyev qeyd edib ki, bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğal dövründə törədilən dağıntıların miqyasını nümayiş etdirir. Buna baxmayaraq, son beş il ərzində həmin ərazilərdə nəhəng quruculuq layihələri həyata keçirilmişdir. Tunellərin, körpülərin, yolların, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, beynəlxalq hava limanlarının tikilməsi və Böyük Qayıdış Proqramının uğurla icrası dövlətin bu istiqamətdə reallaşdırdığı müdrik siyasətin bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında ekoloji mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də toxunub. Son illərdə həyata keçirilən layihələr nəticəsində paytaxtın siması tamamilə dəyişib. “Qara şəhər”in bu gün müasir “Ağ şəhər” layihəsinə çevrilməsi ekoloji şəhərsalma siyasətinin uğurlu nümunəsidir. Parkların, ictimai məkanların, müasir nəqliyyat sisteminin və ekoloji layihələrin həyata keçirilməsi şəhər mühitinin daha komfortlu və dayanıqlı olmasına xidmət edir.
Forumda qeyd olunan mühüm məqamlarından biri də şəhərsalma siyasətinin insan amilinə xidmət etməsidir. Həyata keçirilən bütün layihələrin əsas məqsədi insanların rahat yaşayışı, təhlükəsizliyi və rifahının təmin olunmasıdır. Bu baxımdan müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial rifah, məşğulluq, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi vacib amilləri özündə birləşdirən kompleks inkişaf modelidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın müasir şəhərsalma siyasətinin mahiyyətini, tarixi irsə bağlılığını və dayanıqlı inkişaf strategiyasını əks etdirir. Azərbaycan müasir urbanizasiya, memarlıq və dayanıqlı inkişaf sahəsində qlobal təcrübələri milli dəyərlərlə uzlaşdıraraq yeni inkişaf mərhələsinə inamla qədəm qoyur.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2026
19-05-2026