Azər Kərimli: “Düşünülmüş və uğurlu enerji diplomatiyası Azərbaycanın geosiyasi çəkisini getdikcə artırır”
Tarix: 20-05-2026 | Saat: 12:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın enerji siyasətinin artıq xeyli müddətdir ki, regional çərçivəni aşaraq qlobal təhlükəsizlik məsələsinə çevrilməsi bu gün beynəlxalq səviyyədə birmənalı olaraq qəbul edilir. Mayın 18-də Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi müsahibə bunu bir daha nümayiş etdirdi. Dövlət başçısının fikirlərindən aydın görünürdü ki, Azərbaycan enerji resurslarından yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də strateji əməkdaşlıq aləti kimi məharətlə istifadə edir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrilməsi Azərbaycanın tutduğu mövqeyinin, mövcud problemlərin həllinə verə biləcəyi töhfələrin əhəmiyyətini daha da artırıb. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin beynəlxalq enerji bazarındakı rolunu gücləndirib. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı kimi qəbul olunur və öhdəliklərinə daim sadiq qalır.”
Bunları Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri onun uzunmüddətli strateji yanaşmaya əsaslanmasıdır: “Vaxtilə bəzi dairələrin skeptik yanaşdığı layihələr bu gün Avropanın enerji xəritəsini dəyişən mühüm təşəbbüslərə çevrilib. Bu isə Azərbaycan dövlətinin uzaqgörən siyasətinin nəticəsidir. Cənab Prezidentin Euronews-a müsahibəsində nəqliyyat marşrutları və Orta Dəhlizlə bağlı fikirlər də bu baxımdan xüsusilə diqqət çəkdi. Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyi bacaran nadir dövlətlərdəndir. Şərqlə Qərbi birləşdirən nəqliyyat xəttində Azərbaycanın rolu getdikcə artır. Bu amil ölkənin geosiyasi əhəmiyyətini daha da gücləndirir. Prezident İlham Əliyevin siyasətində iqtisadi təhlükəsizliklə milli təhlükəsizlik anlayışları bir-birini tamamlayan faktorlar kimi çıxış edir. Güclü enerji və nəqliyyat infrastrukturu Azərbaycanın beynəlxalq müstəvidə müstəqil siyasət aparmasına imkan yaradır. Bu gün ölkə həm enerji ixracatçısı, həm tranzit mərkəzi, həm də regional əməkdaşlıq platforması funksiyasını uğurla yerinə yetirir. Müsahibədən çıxan əsas nəticələrdən biri də budur ki, Azərbaycan yeni dünya düzənində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir. Enerji diplomatiyası artıq ölkənin xarici siyasətində mühüm təsir alətinə çevrilib və bu prosesin yaxın illərdə daha da güclənəcəyi aydın görünür” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2026