Novruzəli Aslanov: “Qarabağda qurulan yeni model Azərbaycanın strateji gücünü nümayiş etdirir”
Tarix: 20-05-2026 | Saat: 13:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezident İlham Əliyevin Euronews televiziyasına müsahibəsində xüsusi diqqət çəkən istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı layihələr artıq təkcə milli proqram deyil, həm də beynəlxalq səviyyədə maraq doğuran inkişaf modelinə çevrilib. Müharibədən sonrakı dövrdə bir çox ölkələr bərpa prosesində illərlə çətinlik yaşayır. Azərbaycan isə qısa müddət ərzində dağıdılmış ərazilərdə müasir infrastruktur qurmağa, yaşayış məntəqələrini yenidən yaratmağa və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməyə nail olub. Dövlət başçısının vurğuladığı kimi, həyata keçirilən layihələr planlı dövlət siyasətinin nəticəsidir.”
Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a verdiyi açıqlamasında yer alıb.
Millət vəkili bunu da qeyd edib ki, bu gün Qarabağda inşa olunan yollar, tunellər, hava limanları və enerji infrastrukturu regionun gələcək inkişafının əsasını təşkil edir: “Ən diqqətçəkən məqamlardan biri isə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Azərbaycan özünün postmünaqişə dövrünü sadəcə bərpa mərhələsi kimi deyil, yeni inkişaf modeli kimi təqdim edir. Prezident İlham Əliyevin çıxış və müsahibələrində tez-tez vurğuladığı əsas məsələlərdən biri insanların layiqli şəkildə geri dönüşünün təmin edilməsidir. Bu, yalnız sosial layihə deyil, həm də dövlətin strateji prioritetidir. Yenidən qurulan yaşayış məntəqələrində müasir məktəblər, xəstəxanalar, sosial obyektlər və iş imkanları yaradılır. Bütün bunlar göstərir ki, Azərbaycan uzunmüddətli inkişaf konsepsiyası əsasında hərəkət edir. Euronews-a müsahibə zamanı Qarabağda həyata keçirilən “yaşıl enerji” layihələri barədə səsləndirilən fikirlər də xüsusi maraq doğurdu. Azərbaycanın azad edilmiş əraziləri alternativ enerji zonası kimi inkişaf etdirmək planı müasir dünya çağırışlarına tam uyğun gəlir. Bu yanaşma həm ekoloji təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır. Əslində, Qarabağda görülən işlər dövlət idarəçiliyinin effektivliyini nümayiş etdirən əsas göstəricilərdən biridir. Azərbaycan həm maliyyə imkanları, həm siyasi iradəsi, həm də idarəetmə çevikliyi ilə postmünaqişə bərpasının uğurlu modelini formalaşdırır. Prezident İlham Əliyevin Euronews-a müsahibəsi də bu modelin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər