Mobil versiya
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
Tarix: 20-05-2026 | Saat: 10:26
Bölmə:İqtisadiyyat | çapa göndər

"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." -

Əminəm ki, bu forum çərçivəsində azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma fəaliyyətləri barədə çoxlu müzakirələr aparılır. Bu proses mövcud təzyiqin böyük bir hissəsini aradan qaldıracaq, çünki, 30 ildən çox vaxt keçdikdən sonra bir çox insan, nəhayət, öz yurduna qayıdır.

aia.az xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin fikrincə, səhiyyə və təhsil təminatından tutmuş qeyri-formal iqtisadiyyata qədər bu məsələlər bugünkü sessiyada ətraflı müzakirə olunacaq. "Son illərdə biz çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində də bir sıra addımlar atmışıq. Həmçinin, əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki, qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər", - deyə o əlavə edib.

Mikayıl Cabbarov bunun qeyri-təhlükəsiz binaların yaranmasına, torpaqdan plansız istifadəyə, kənd təsərrüfatı və meşə torpaqlarına, su resurslarına, eləcə də kritik infrastruktur zonalarına təzyiq baxımından uzunmüddətli risklər yaratdığını diqqətə çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə