Bakı qlobal urbanizasiyanın və quruculuğun yeni paytaxtı kimi
Tarix: 20-05-2026 | Saat: 10:34
Bölmə:Siyasət | çapa göndər

Dünyanın memarlıq və urbanizasiya nəbzi hazırda Bakıda vurur. Paytaxtımız növbəti dəfə beynəlxalq birliyin diqqət mərkəzindədir. 182 ölkədən 45 mindən çox iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız müasir meqapolislərin gələcəyini deyil, həm də küllərindən yenidən doğulan şəhərlərin dirçəliş modelini dünyaya nümayiş etdirir. Bu möhtəşəm platforma Azərbaycanın qlobal miqyasda artan nüfuzunun, ölkəmizdə keçirilən COP29-dan sonra növbəti böyük diplomatik və təşkilati zəfərinin bariz göstəricisidir.
Forumun açılış mərasimində geniş və proqram xarakterli çıxış edən cənab Prezident İlham Əliyev Bakını qədimliklə yeniliyin, tarixi irslə müasirliyin təbii vəhdəti kimi xarakterizə etdi. İçərişəhərin qədim divarlarından başlayıb müasir Bakı Bulvarına uzanan bu xətt əcdadlarımızın istedadının və tarixi irsimizə olan dövlət qayğısının təzahürüdür. Ölkə başçısının Sərəncamı ilə Azərbaycanda bu ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə verilən strateji önəmin ən yüksek ifadəsidir. Dövlətimizin başçısı çıxışında Azərbaycanın qədim şəhərlərinin – Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ və Şəkinin memarlıq tarixini xatırladaraq ölkəmizin zəngin mədəni irsini qlobal auditoriyanın diqqətinə çatdırdı. Bu gün Şuşa başda olmaqla bütün Qarabağ və Şərqi Zəngəzur məhz bu tarixi köklərə sadiq qalaraq sıfırdan yenidən qurulur.
Cənab Prezidentin çıxışında ən mühüm məqamlardan biri 30 illik erməni işğalı dövründə tamamilə yerlə-yeksan edilmiş və beynəlxalq hesabatlarda “Qafqazın Xirosiması” adlandırılan Ağdamın və digər ərazilərin bərpa prosesi oldu. İşğalçıların yalnız dağıtmaq və məhv etmək strategiyasına qarşı Azərbaycan dövləti misilsiz bir tikinti-quruculuq bumu ilə cavab verir. Cəmi 5 il ərzində əldə olunan rəqəmlər heyrətamizdir. Belə ki, bu qısa müddətdə 70 kilometr uzunluğunda yeni tunellər çəkilib, planlaşdırılan 500 körpüdən 435-i artıq tamamlanıb. Eyni zamanda üç beynəlxalq hava limanı, müasir dəmir yolları, elektrik stansiyaları və su kəmərləri istifadəyə verilib.
Bu gün artıq 85 mindən çox soydaşımız doğma yurduna qayıdıb. Dövlət binaların inşası ilə yanaşı, insanların ən fundamental hüququ olan məşğulluğu təmin etmək üçün ərazilərdə nəhəng sənaye zonaları salır. Bu, torpağın əsl sahibinin geri dönüş imzasıdır.
Bakının son 20 ildə keçdiyi ekoloji inkişaf yolu bu gün dünya şəhərləri üçün real nümunə rolunu oynayır. Dünyada ilk dəfə neft hasil olunan və 180 il boyu ekoloji standartların tamamilə pozulduğu Bakı, bu gün yaşıl və mikromobillik konsepsiyalı bir şəhərə çevrilir. Keçmişin neft tullantıları ilə çirklənmiş Qara Şəhəri bu gün müasir şəhərsalmanın incisi olan Ağ Şəhərə çevrilib. Son iki onillikdə paytaxtda 100-dən çox yeni park və ictimai məkan yaradılıb, ictimai nəqliyyat ekoloji təmiz elektrik avtobusları və metro şəbəkəsi ilə tamamilə yenilənir.
Cənab Prezident İlham Əliyev şəhərsalma siyasətini idarəetmə baxımından çox maraqlı bir bənzətmə ilə izah etdi. Dövlət başçısı bu prosesi Bakıdakı Formula 1 yarışı ilə müqayisə etdi. Pilotların dar qala divarları arasında saatda 300 kilometrdən çox sürətlə hərəkət edərkən göstərdiyi cəsarət və ehtiyatlılıq, müasir urbanizasiya rəhbərlərinin də əsas prinsipi olmalıdır. Yəni inkişafda və müasirləşmədə cəsur, tarixin qorunmasında isə son dərəce ehtiyatlı olmaq lazımdır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu yalnız qlobal ekspertlərin təcrübə mübadiləsi platforması deyil, həm də Azərbaycanın sülhə, quruculuğa və bəşəri dəyərlərə verdiyi növbəti böyük töhfədir. İşğaldan azad edilmiş Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən yerli forumlardan sonra bu miqyasda qlobal tədbirə ev sahibliyi etmək ölkəmizin gücünün nümayişidir. Azərbaycan dünyaya sübut edir ki, dağıdılmış şəhərləri yalnız beton və dəmirlə deyil, ona ruh, tarix və yaşıl gələcək üfüqləri qataraq yenidən dirçəltmək mümkündür.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2026
19-05-2026