Mobil versiya
Ermənistan Silah SATIR? – Polkovnikdən Diqqətçəkən Açıqlama
Tarix: 19-05-2026 | Saat: 20:46
Bölmə:Özəl | çapa göndər

Ermənistan Silah SATIR? – Polkovnikdən Diqqətçəkən Açıqlama


Armenia tarixində ilk dəfə yerli istehsal olan silahların ixrac edildiyini açıqlayıb. Bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mkhitar Hayrapetyan məlumat verib.

Nazirin sözlərinə görə, məhsullar iki fərqli ölkəyə göndərilib və müqavilələrin dəyəri bir neçə milyon dollar təşkil edib. Lakin hansı silahların ixrac edildiyi və hansı ölkələrə satıldığı açıqlanmayıb.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, Ermənistan son illərdə müdafiə sənayesini inkişaf etdirməyə çalışsa da, hələlik söhbət böyük hərbi sənaye gücündən getmir.

Ekspertin fikrincə, Ermənistan əsasən müşahidə dronları, rabitə sistemləri, radioelektron avadanlıqlar və bəzi sursat növləri istehsal edə bilər. O qeyd edib ki, ölkənin sənaye bazası ağır silah sistemlərindən daha çox elektronika və pilotsuz texnologiyalar istiqamətində formalaşıb.

Polkovnik vurğulayıb ki, Ermənistanın hərbi sənayesi genişmiqyaslı istehsal imkanlarına malik deyil və xarici komponentlərdən ciddi asılıdır. Üstəlik, dənizə çıxışın olmaması və regional kommunikasiyaların məhdudluğu silah ixracını daha da çətinləşdirir.

Rövşən Məhərrəmov hesab edir ki, Ermənistanın “silah ixrac etdik” açıqlaması daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj xarakteri daşıyır və ölkənin yaxın perspektivdə böyük silah ixracatçısına çevrilməsi real görünmür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026