Mobil versiya
WUF13-ün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır
Tarix: 19-05-2026 | Saat: 17:34
Bölmə:Siyasət | çapa göndər

WUF13-ün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır

Mayın 17-dən 22-dək Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək və «Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri» mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə dünyanın diqqətini çəkir. Çağdaş dünyada dayanıqlı inkişafın, ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətinə söykənir. Bu gün müstəqil Azərbaycan beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi olmaqla yanaşı, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib. Bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür. Bəli məhz bu günlər Bakıda yeni işgüzar əhval-ruhiyyə hökm sürməkdədir.

Məlumdur ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətində modern şəhərsalma fəaliyyəti Prezident İlham Əliyev tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin prioritet xəttini təşkil edir. Respublikamızda 2026-cı ilin «Şəhərsalma və Memarlıq İli» elan edilməsi də bu sahəyə göstərilən ali diqqətin və verilən böyük əhəmiyyətin daha bir ifadəsidir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə uğurlar qazanır. Demək olar ki, dünyanın çağırışları ilə ayaqlaşmağa başlamış ölkəmiz unikal xarici siyasət yeridir, mütəmadi olaraq yeni təşəbbüslər irəli sürür və onların həyata keçirilməsinə öz töhfəsini verir.

Son 23 ildə bir Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq layihələr reallaşdıran Azərbaycan bəzən müəyyən bədxah dairələrin süni surətdə yaratdıqları maneələri aşaraq öz təşəbbüslərini həyata keçirib. Süni maneələri Qarabağ torpağının işğaldan azad edilməsində və Avropaya təbii qaz kəməri çəkilişi zamanı gördük. O vaxt bədxahlar ekoloyi bəhanlər axtararaq ortalığı qarşıdmağa çalışırdılar. Onlar Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasının mümkünsüzlüyünü iddia edirdilər. Əlbəttə, bütün bu süni maneələrə rəğmən böyük uğurlar qazandıq. WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və «yaşıl şəhər» modelləri ilə bağlı müzakirələr aparılır. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması kimi əhəmiyyətlidir.

Beynəlxalq tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyaları, həmçinin bölgənin «yaşıl enerji zonası»na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim edilib.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirir. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026