Dünya ŞOKDA: Daha bir dəhşətli virus yayılır - Ölən var...
Tarix: 13-05-2026 | Saat: 22:06
Bölmə:Dünya | çapa göndər

ABŞ-dan Fransaya gedən nəhəng kruiz gəmisində norovirus epidemiyası panikaya səbəb olub.
aia.az xəbər verir ki, "Princess Cruises" şirkətinə məxsus “Caribbean Princess” gəmisində yüzdən çox insanın xəstələndiyi, bir nəfərin isə həyatını itirdiyi bildirilir.
Məlumata görə, kruiz gəmisi Fransanın Bordeaux şəhərinə çatdıqdan sonra geniş təhlükəsizlik tədbirləri görülüb və 1700-dən çox şəxs karantinə alınıb.
ABŞ mediasının yaydığı xəbərlərə əsasən, aprelin 28-də səfərə çıxan gəmidə indiyədək 102 sərnişin və 13 heyət üzvündə xəstəlik əlamətləri aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq üçün gəmidə dezinfeksiya işləri gücləndirilib və xəstə şəxslərdən analiz üçün nümunələr götürülüb.
Bildirilir ki, gəmidə ümumilikdə 3116 sərnişin və 1131 heyət üzvü olub.
Mütəxəssislərin sözlərinə görə, norovirus mədə-bağırsaq sisteminə təsir edən olduqca yoluxucu virusdur. Xəstəlik əsasən güclü qusma, ishal, ürəkbulanma və qarın ağrısı ilə müşahidə olunur. Ağır hallarda isə susuzlaşma həyati təhlükə yarada bilər.
Virusun yoluxmuş şəxslərin qusması və ya nəcisi ilə təmas, çirklənmiş qida, ortaq istifadə olunan mətbəx avadanlıqları və müxtəlif səthlər vasitəsilə yayıldığı bildirilir.
"Princess Cruises" şirkəti məsələ ilə bağlı yaydığı açıqlamada gəminin bütün hissələrinin dezinfeksiya edildiyini və növbəti səfərdən əvvəl əlavə təmizləmə işlərinin aparılacağını bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2026