Mobil versiya
UEFA-dan "Fənərbağça"ya ağır zərbə
Tarix: 13-05-2026 | Saat: 16:11
Bölmə:İdman | çapa göndər

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Türkiyənin "Fənərbağça" klubu UEFA tərəfindən ciddi maliyyə sanksiyası ilə üzləşib.

aia.az xəbər verir ki, bu barədə tanınmış idman insayderi Yağız Sabuncuoğlu məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi dünyaca məşhur baş məşqçi Joze Mourinyonun məvacibi və Kerem Aktürkoğlu ilə əlaqədar qitə futbol qurumu ilə aparılan müzakirələrdən sonra büdcəyə daxil edilən vəsaitə görə xərcləmə limitini keçib.

Məlumata əsasən, Avropa futbolunun ali qurumu tərəfindən "sarı-lacivərdlər"ə təqribən 10 milyon avro miqdarında cərimə kəsiləcək.

Bildirilir ki, kluba qarşı tətbiq ediləcək bu maliyyə cəzası ilə bağlı qərar artıq tam qətiləşib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2026