Mobil versiya
Rafael İsgəndərov Əməkdar artistlərə əsəbiləşdi: "Bura mafiyadır?"
Tarix: 13-05-2026 | Saat: 13:23
Bölmə:Şou-biznes | çapa göndər

Rafael İsgəndərov Əməkdar artistlərə əsəbiləşdi: "Bura mafiyadır?"


"Rəqqaslarla şou qurmaq rejissor işidir, bu, şou-biznesə aid deyil. Çıxıb oxuyur, klip çəkdirir, sənət göstərir, pul qazanır. Bu da şou-biznesdir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Gün ortası" verilişində deyib. Aktyor son günlər müzakirələrə səbəb olan "Mən şou-biznesdə deyiləm" söhbətinə reaksiya verib:

"Çoxu elə bilir ki, şou-biznes hansısa bir mafiyadır. Orada varam və ya yoxam... Artist nə deməkdir? Sözün tərcüməsinə varmaq lazımdır. Şou-biznesdə deyiləm nədir?".

Qeyd edək ki, Əməkdar artistlər Elnarə Abdullayeva və Könül Kərimova "Biz rəqqaslarla oxumuruq, şou göstərmirik. Biz şou-biznesdə deyilik, sənətdəyik" açıqlaması ilə gündəmə gəlmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2026